Vüqar Qurbanovdan yeni təyinat (FOTO)
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
TƏBİB-dən Valyuta.az-a verilən məlumata görə, xəstəxananın direktoru vəzifəsi Təranə Məmmədovaya həvalə olunub.
TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Təranə Məmmədovanı kollektivə təqdim edib.
Qeyd edək ki, T.Məmmədova 1975-1981-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. O, 1982-ci ildə Rusiya Federasiyasının Novqorod şəhərindəki doğum evində anestezioloq-reanimatoloq, 1982-1985-ci illərdə həmin şəhərdə qadın məsləhətxanasında terapevt, 1998-2007-ci illərdə isə Bakı şəhəri 16 saylı Şəhər Poliklinikasında baş həkimin müavini, 2012-2021-ci illərdə Bakı şəhəri 37 saylı Şəhər Poliklinikasında baş həkim kimi fəaliyyət göstərib.
T.Məmmədova 2021-ci ildən hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkimi vəzifəsində çalışıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay