"Dünya Göz Azərbaycan" 20 min cərimələnir
"Dünya Göz Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə iddası ilə irəli sürülüb.
483-cü maddayə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə
inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə 20 min manatadək olan məbləğ başa düşülür.
İşə Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə baxılacaq.
Vüqar
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay