Vüqar Qurbanovdan yeni təyinat (FOTO)
İmran Qurbanov Qobustan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
Bu barədə Valyuta.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bu gün TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov İmran Qurbanovu kollektivə təqdim edib.
1985-1991-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb və universiteti fərqlənmə ilə bitirib.
Qeyd edək ki, İ.Qurbanov 1992-1993-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün baş ordinatoru, 1993-1994-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün komandiri və baş cərrahı, 1994-1997-ci illərdə Müdafiə Nazirliyinin Baş Qərargah Poliklinikasının Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.
O, 1997-2021-ci illər ərzində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında şöbə müdiri, baş həkimin cərrahiyyə işləri üzrə müavini kimi fəaliyyət göstərib.
2021-ci ildən hazırkı təyinatınadək TƏBİB-in Koordinasiya şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. İ.Qurbanov ABŞ-da, Türkiyədə və s. ölkələrdə keçirilən ixtisasartırma kurslarında olub və bir çox konfranslarda iştirak edib.
İ.Qurbanov Azərbaycan Respublikasının Prezidenti adından “Azərbaycan ordusu” yubiley medalı, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyi tərəfindən “Milli ordu-100”, “Müharibə Veteranı”, “Böyük Zəfər” medalları, Respublika Həmkarları İttifaqı tərəfindən isə “Fəxri Fərman” ilə təltif edilib.
Qeyd edək ki, TƏBİB-in craçı direktoru Vüqar Qurbanovdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay