Travmotologiya və Ortopediyada İnstitutunda qalmaqal - Tibb bacısı direktoru məhkəməyə
Elmi Tədqita Tarvmotologiya və Ortopediya İnstitutu məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçı Mikayılova Lalə Ayaz qızıdır.
Onun iddiası Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatındadır.
Lalə Mikayılova sözügedən institutda tibb bacısı işləyib. O, mediaya açıqlamasında bildirib ki, bu il may ayının 13-də gecə növbəsindən çıxıb, növbəni təhvil verərkən İnstitutun rəhbərliyi tərəfindən onun dolabında axtarış aparılıb. Belə qərara gəlinib ki, tibb bacısı özünə məxsus dolabda lazımsız tibbi preparatlar və dərmanlar saxlayır. Bunun əsas gətirərək Mikayılova Lalə töhmətlə cəzalandırıb, işlədiyi "Travma" şöbəsinin gecə növbəsindən, "Ortopediya" şöbəsinin gündüz növbəsinə keçirilib. Şikayətçi bununla razılaşmır və bildirir ki, onlara qarşı bütün bu təzyiqlər Əkbərov Şahin Bəylər oğlunun İnstituta direktor təyinatından sonra başlayıb.
Eyni situasiya ilə Lalə Mikayılovanın bacısı Jalı Bayramova da üzləşib.
Şahin Əkbərov isə onlara cavab olaraq bildirib: "Onların dolabında lazımsız tibbi ləvazimatlar aşkarlanıb. Həmin dəriman və ləvazimatlar orada saxlana bilməzdi. Bütün bu hallar şöbənin müdiri və digər əməkdaşların iştirakı ilə sənədləşdirilib. Onlarla hətta humanizm çərçivəsində davranılaraq, eyni əmək haqqı ilə başqa şöbəyə işə keçiriliblər. Gedib hər yerə şikayət edirlər. Hamısına da cavablar vermişik. Biz heç bir qanunsuzluq etməmişik" (mənbə: Sonxeber.az).
Lalə Mikayılova iddiasında əvvəlki işinə qaytarılmasını istəyir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay