Özəl klinikalar ƏDV vermir - Bir klinikanın içində ayrı-ayrı hüquqi şəxslər fəaliyyət göstərir
“ƏDV verməyən klinika bundan yayınmaq üçün qanunsuz olaraq fəaliyyətini bir neçə hissəyə bölür”.
Bu sözləri Valyut.az-a hüquqşünas Əkrəm Həsənov bir çox özəl klinikanın ƏDV-dən yayınma səbəbləri haqqında danışarkən deyib.
“Bəs bu, necə baş verir" sualına cavab verən hüquqşünas bildirib ki, bir binada qeydiyyata düşən özəl klinikanın tərkibində bir neçə hüquqi şəxs fəaliyyət göstərir:
“Məsələn, cərrahiyə şöbəsi bir hüquqi şəxs, ginekologiya şöbəsi bir hüquqi şəxs, stamatologiya ayrı bir hüquqi şəxsdir. Eyni binada 10-dan çox hüquqi şəxs var. Ayrı-ayrı hüquqi şəxslərin illik gəliri də 200.000 manatı keçmir. Bu da vergidən yayınmadır”.
Əkrəm Həsənov deyib ki, bu vətəndaşdan çox dövlətin problemidir:
“Çünki vətəndaş üçün klinikanın ƏDV verib-verməməsinin fərqi olmamalıdır. Məsələn, iki klinikadan biri xidməti ƏDV ilə göstərir, digəri ƏDV-siz. ƏDV ilə fəaəliyyət göstərən klinikdan sizi ƏDV-nizi geri alsaz, nəticə siz burda da eyni xidmət haqqı ödəmiş olursunuz. Ona görə də vətəndaşa belə daha çox sərf edər. Burda itirən dövlət və digər ƏDV ödəyən rəqib klinikalardır. Çünki həmin klinika vergidən yayınmaqla sağlam rəqabət mühitindən də yayınmış olur. Bu problem təkcə tibb sahəsində deyil. Bir çox sahələrdə belə problem var. Vergi orqanları bu qanunsuzluğun qarşısını almalıdır. Vergi orqanları fikirləşməlidir ki, belə böyük klinika illik dövriyyəni tamamlamırsa burda vergidən yayınma halı var”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay