Baş həkim FHN-dən məhkəməyə şikayət etdi - 15 minlik mübahisə
“Real-Dent” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunu təmsilçisi, baş həkimi Süleymanov İqbal Real oğlu Fövqəladə Hallar Nazirliyinin qərarından məhkəməyə şikayət verib.
Valyuta.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən baş həkimin rəhbəri olduğu klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə bağlı protokol tərtib edilib.
Sözügedən maddəyə əsasən, mərkəz ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyini təmin etməyib. Buna görə hüquqi şəxslər 12 min manatdan 15 min manatadək məbləğdə cərimə edilir.
15 min manata qədər cərimələnməsini haqsız hesab edən baş həkim Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edib. İşə 03.08.2023-cü il tarixində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən diş klinikalarında, xəstəxanalarda yoxlamalar intensivləşib. 2023-cü ilin I rübü ərzində nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə 63-ü planlı, 6-sı isə plandankənar olmaqla 69 nəzarət-yoxlama tədbiri keçirilib. “Bakı Baş Səhiyyə Mərkəzi”, “Səhhət-M” MMC, “Ayxan İmplant Dent” MMC, “RONDENT” MMC və digər klinikalar barəsində cərimə protokolu tərtib edilib.
Vüqar
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay