Səhiyyə
27.07.2023 / 21:57
Reabilitasiya Mərkəzi qanunsuz işçi işlədib
30829
"ARS Reabilitasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məhkəmə iddiası qaldırılıb.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində 215.4 maddəsi üzrə (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun icraatındadır.
Vüqar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay