Səhiyyə
25.07.2023 / 19:09
Səhiyyə Nazirliyi layihə-smeta sənədlərinə 178 min ödəyəcək
30723
Səhiyyə Nazirliyi tabeliyində olan müəssisələrində cari təmir işləri aparılacaq.
Valyuta.az xəbər verir ki, nazirlik təmir işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma müsabiqəsi keçirib.
Müsabiqənin qalibi “Məkan-İnşaat” MMC seçilib.
Şirkət layihə-smeta sənədlərini 178.300 AZN-ə hazırlayacaq.
“Məkan-İnşaat” MMC 7 yanvar 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Qasımov Salam Vəli oğludur.
Tenderin şərtlər toplusunda konkret hansı müəssislərdə təmir işlərinin aparılacağı qeyd olunmayıb.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay