Bu il nə qədər şəxs tibbi sığorta ilə cərrahiyyə əməliyyatı olunub? - AÇIQLAMA
Cari ilin ilk 6 ayı ərzində ölkə üzrə 7 386 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlarla və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib.
Bu barədə Valyuta.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
İlkin hesablamalara görə, həmin şəxslərin 260 nəfərini uşaqlar təşkil edib.
Ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 2353, oftalmologiya üzrə 904, urologiya üzrə 437, neyrocərrahiyyə üzrə 327, travmatologiya üzrə 279, LOR üzrə 123, ümumi cərrahiyə üzrə 37, digər sahələr üzrə 14, mamalıq və ginekologiya üzrə isə 8 nəfər əməliyyat olunub.
Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 101 nəfərini 18 yaşdan aşağı şəxslər təşkil edib. Eyni zamanda 2904 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib.
Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay