Səhiyyə
04.08.2021 / 16:34
Bu il müqaviləli tibb müəssisələrinə nə qədər göndəriş verilib? – Agentlik
16562
2021-ci ilin yanvar-iyun ayları ərzində dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 8 650 göndəriş verilib.
Bu barədə Valyuta.az-a İTSDA-dən məlumat verilib.
Agentliyə daxil olan hesabatlara əsasən, bu göndərişlərin 3882-si invaziv kardiologiya, 1192-si oftalmologiya, 817-si ürək-damar cərrahiyyəsi, 728-i urologiya, 706-sı radiologiya, 472-si neyrocərrahiyyə, 187-si kardiologiya, 143-ü travmatologiya, 4-ü isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 519 təşkil edib.
Qeyd edək ki, göndərişlərin 7 976-sı (92%) planlı, 674-ü (8%) isə təcili əsasla qeydə alınıb.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay