Səhiyyə
16.06.2021 / 14:40
Mayda ölkəyə nə qədər əczaçılıq məhsulları idxal olunub? - DGK
14021
Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 199 740,20 min ABŞ dolları dəyərində 9 912,75 ton əczaçılıq məhsulları idxal olunub.
Bu barədə Valyuta.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, cari ilin ilk beş ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,8%, həcmi isə 1,2% artıb.
Bu ilin aprel ayı ilə müqayisədə mayda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 96,7% artıb, həcm ifadəsində isə 21,7% azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay