Səhiyyə
11.06.2021 / 15:19
Uşaqlar arasında yeni yoluxucu xəstəlik yayılıb
13747
Azərbaycanda uşaqlar arasında yeni yoluxucu xəstəlik yayılıb.
Valyuta.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, virusun əsas simptomları qızdırma və bəlğəmli öskürəkdən ibarətdir.
Mövzu ilə bağlı açıqlama verən pediatr Məhsəti Əfəndizadə bunu təsdiqləyib.
O bildirib ki, hazırda yayılan infeksiya ilə bağlı müraciətlərin sayı çoxdur:
“Sözügedən virus yoluxucudur və daha çox 2-12 yaş arası uşaqlarda qeydə alınır. Sağalma müddəti isə dəyişkəndir. Bəzi uşaqlar 2-3 günə, bəziləri isə daha uzun müddətə sağala bilirlər.
Valideynlərə məsləhətim bundan ibarətdir ki, qızdırma ancaq 38-i keçərsə, hərarət salıcı dərmanlardan istifadə etmək lazımdır. Bundan başqa, əgər uşağın vəziyyətində stabilləşmə olmazsa, həkimə mütləq müraciət edilməlidir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay