Səhiyyə
10.06.2021 / 14:02
Azərbaycana daha 40 min doza “Sputnik V" vaksini gətirilib
13656
Azərbaycana daha 40 min doza “Sputnik V" vaksini gətirilib.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, bunu sorğuya cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. Məlumata əsasən, Azərbaycanda “Sputnik V” vaksininin istifadəsinə mayın 18-dən başlanılıb. İndiyədək ümumilikdə 80 min doza “Sputnik V” peyvəndi ölkəyə gətirilib.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiyanın “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə əsasən, 300 000 doza “Sputnik V” dərman vasitəsi Azərbaycana gətiriləcək.
İlk partiya 40 min doza vaksin isə mayın 2-də Azərbaycana gətirilmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay