Bölgələrdə vaksinasiya sürətlənib - Xəstəxana direktoru
Bölgələrdə koronavirus əleyhinə vaksinasiya prosesi sürətlənib.
Valyuta.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ağsu rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov deyib.
O bildirib ki, son günlər peyvənd olunmaq üçün müraciət edənlərin sayı artmaqdadır:
"Xəstəxanada vətəndaşların peyvənd olunması üçün briqadalar yaradılıb, müraciətlər qəbul edilir. Gün ərzində peyvənd olunmaq üçün müraciət edənlərin sayı 580-600 nəfər arasında dəyişir. Bu günə qədər 19 min 286 vaksin vurulub. Onlardan 5 min 530 nəfər hər iki dozanı qəbul edib. 8 min 206 nəfərə isə birinci doza vurulub. Vaksin vurulanlardan 379 nəfəri tibb işçiləri, qalanları isə müxtəlif şəxslərdir".
Direktor bildirib ki, vətəndaşlara "Sinovac" vaksini vurulur:
"Vaksin vurulanlar arasında özünü bu günə qədər pis hiss edən olmayıb. Vaksin olunmaq üçün müraciət edən şəxslər əvvəlcə müayinə olunur, yanaşı xəstəliklərinin olub-olmaması yoxlanılır, sonra peyvənd olunmasına qərar verilir. Hazırda vətəndaşların peyvənd olunması üçün xəstəxana kifayət qədər vaksinlə təmin edilib".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay