Səhiyyə
08.06.2021 / 19:50
Peyvənd olunan müəllimlər arasında halı pisləşən varmı? - AÇIQLAMA
13537
“Koronavirus əleyhinə aparılan peyvəndlənmədə iştirak edən məktəblərin işçi heyəti arasında bu günə kimi ciddi pisləşmə halı müşahidə edilməyib”.
Valyuta.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 5-ə kimi ümumtəhsil müəssisələrində çalışan 135279 (61 %) işçi heyəti 1-ci doza peyvəndlənmədə iştirak edib.
Yaş aralığına görə müəllimlərin peyvəndlənmə göstəriciləri aşağıdakı kimidir:
18-29 yaş arası heyətin 40%-i
30-39 yaş arası heyətin 53%-i
40-49 yaş arası heyətin 64%-i
50 yaşdan yuxarı heyətin 68 %-i birinci doza peyvəndlənmədə iştirak ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay