Vaxt keçdikcə daha çox yumşaldılmalara gedəcəyik - Baş infeksionist
“Vaxt keçdikcə, qaydalara əməl etməklə, vaksinasiya prosesində könüllü şəkildə riayət etməklə daha çox yumşaldılmalara gedəcəyik”.
Valyuta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
T.Eyvazov deyib ki, hazırda əhali arasında virusla bağlı həssaslıq azalıb:
“İlk növbədə yoluxub sağalmış və vaksin olunmuş şəxslərin hesabınadır. Bütün bunlara görə biz yoluxma sayının azalmasını müşahidə edirik. Ona görə də mərhələli şəkildə sərt karantin rejiminin yumşaldılmasına gedirik”.
Baş infeksionist xatırladıb ki, Azərbaycanda ilk koronaviruslu xəstə 2020-ci il fevral ayının son günündə aşkarlanıb:
“Sonradan yoluxma artmağa başladı. İndiki durum bir il əvvəlkindən fərqlidir. Bir sıra faktorlar var ki, infeksiyanın yayılmasını qarşısını alır. Pandemiyanın ilk günlərində bizim və vətəndaşlarımızın pandemiya ilə bağlı məlumatları nə qədə az idisə, aparılan maarifləndimə, bəzilərinin yoluxması, hətta yaxınlarını itirməsi bu infeksiyaya ciddi yanaşamanı ehtiva etdi. Bu səbədəndir ki, vətəndaşlar dövlət qurumları tərəfindən tətbiq edilən qaydalara ciddi şəkildə riayət edir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay