Səhiyyə
02.06.2021 / 18:30
İkinci dozada fərqli vaksin vurula bilərmi? - AÇIQLAMA
13233
“İnsanlara birinci dozada hansı vaksin vurulubsa, ikinci dozada da eyni peyvənd vurulmalıdır”.
Valyuta.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, peyvənd zamanı fərqli vaksinlərdən istifadə edildikdə insanlarda immun sisteminin qıcıqlanması baş verir:
“Bu, eyni zamanda, paradoksal reaksiyaya səbəb ola bilər. Hələlik, birmənalı rəy budur ki, həm test dozada, həm də tam dozada eyni firmanın vaksinindən istifadə edilməlidir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay