Səhiyyə
02.06.2021 / 16:27
Təcili tibbi yardım xidməti icbari tibbi sığortaya aiddir - Agentlik rəsmisi
13219
“Təcili tibbi yardım xidməti icbari tibbi sığortaya aiddir. Dərman təminatı da sığorta zərfinə daxildir”.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
Agentlik rəsmisi qeyd edib ki, hər hansı bir tibbi xidmət pasiyentin istəyinə görə deyil, həkimin təyinatı ilə pulsuz göstərilə bilər:
“Hansısa tibb müəssisəsinin həkiminin göndəriş verməməsi ilə bağlı narazı qalan vətəndaş həmin səhiyyə ocağının rəhbərliyinə müraciət edə bilər. Əgər xəstənin istəyi əsaslıdırsa, onun şikayəti təmin edilə bilər”.
A.Əhmədova bildirib ki, pasiyent icbari tibbi sığorta xidməti zamanı həkim seçimində azaddır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay