Yeni yaranan "Şuşa Holding" Səhiyyə Nazirliyinə tibbi əşyalar satacaq - TENDER
Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.
Valyuta.az Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi "Şuşa Holding" MMC olub.
"Şuşa Holding" MMC "İctimai Səhiyyə və İslahatlar Mərkəzi"nə tibb işçiləri arasında aparılan vaksinasiyanın effektivliyi tədqiqatları lahiyəsi cərçivəsində 22 min 48 manat dəyərində tibbi əşyalar və ləvazimatlar satacaq.
Qeyd edək ki, tender müsabiqəsi barədə məlumat (elan) dövlət satınalmaları portalında yerləşdirilməyib.
Onu da bildirək ki, qalib şirkət - “Şuşa Holding” MMC ötən ilin dekabr ayının 14-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan ev.34 m.30-da yerləşir. MMC-nin qanuni təmsilçisi Talıbov Süleyman Yunsur oğludur.
Məlumat üçün bildirək ki, ötən qanuni təmsilçisi Talıbov Süleyman Yunsur oğlu olan daha 4 MMC dövlət qeydiyyatına alınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay