Azərbaycanda əhalinin çox az hissəsi peyvənd olunub - AÇIQLAMA
Azərbaycanda koronavirus əleyhinə vaksinasiya ilə bağlı yeni statistika açıqlanıb.
Valyuta.az-ın verdiyi məlumata görə, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.
Bu günə qədər ölkə əhalisinin 12%-i peyvənd olunub. Əhalinin 88%-i isə hələ vaksinasiyadan keçməyib.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 milyon 055 min 986, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 milyon 184 min 780, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 871 min 206 nəfər təşkil edir.
Xatırladaq ki, Azərbaycanda yanvar ayının 18-dən əhalinin COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabınadır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay