Şahmar Mövsümov COVID-19 pasportunun şəklini paylaşıb
Azərbaycan Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov COVID-19 pasportlarından biri olan vaksin sertifikatının şəklini öz tvitter səhifəsində paylaşıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Ş Mövsümov - “Pandemiyaya qalib gəlməyin və normal həyata mümkün qədər tez qayıtmağın yeganə yolu peyvənddir!”, - deyə yazıb.
Qeyd edək ki, COVID-19 pasportunun iki növü var. Bunlardan biri “COVID-19 vaksin sertifikatı”, digəri isə “COVID-19 immunitet sertifikatı”dır:
“COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu gün COVID-19 pasportlarının əldə edilməsi qaydalarını açıqlayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilmiş brifinqində fəaliyyətinə icazə verilmiş bəzi sahələrdə COVID-19 pasportlarının tələb olunacağı bildirilib. Belə ki, Ş.Mövsümov brifinq zamanı bildirib ki, COVID-19 pasportları olan vətəndaşların idman sağlamlıq obyektlərinə girişinə imkan veriləcək. İlkin olaraq COVID-19 pasportları yalnız idman sağlamlıq mərkəzlərinə girişə tətbiq edilsə də, sonradan bu pasportlar digər müəssisələrə də, yəni konsert, teatr, toy və digər şənliklərə giriş üçün tələb oluna bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay