Səhiyyə
20.05.2021 / 16:20
Moskva peyvənd istehsalı üçün Bakı ilə əməkdaşlığa hazırdır - Mişustin
12503
“Rusiya koronavirus əleyhinə peyvəndlərin istehsalı üçün Azərbaycanla əməkdaşlıq qurmağa hazırdır”.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin Moskvada azərbaycanlı həmkarı Əli Əsədovla görüşdə deyib.
M.Mişustin qeyd edib ki, Moskva və Bakı koronavirus infeksiyasına qarşı birgə mübarizə aparır.
“Rusiya Federasiyası operativ şəkildə Azərbaycana xüsusi test sistemləri, tibb mütəxəssislərindən ibarət qruplar göndərib, mayda isə “Sputnik V” peyvəndinin ilk partiyası Azərbaycana göndərilib. Biz həmçinin sizinlə birlikdə Rusiya peyvəndinin istehsalını təşkil etməyə hazırıq”, - M.Mişustin deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay