Səhiyyə
19.05.2021 / 13:12
Bakıda özəl klinika ləğv olunur
12411
Bakı şəhərində fəaliyyət göstərən özəl diş klinikası ləğv olunur.
Valyuta.az xəbər verir ki, "DR.SMİLE CLİNİC" Məhdud Məsuliyyətli Cəmiyyəti mayın 17-də keçirdiyi ümumi yığıncağında hüquqi şəxsin hüquq və vəzifələrinin hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib.
MMC yaydığı açıqlamada, kreditorların 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini Bakı şəhəri Xətai rayonunun Məhəmməd Hadi küçəsi, ev-134, mənzil-1 ünvanına müraciət etmələri bildirilib.
Qeyd edilir ki, AR-nın Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay