Azərbaycanın hazırladığı vaksin insanlar üzərində sınanır - AMEA-dan AÇIQLAMA
Artıq bəzi ölkələr mövcud pandemiyadan qurtulmaq üçün vaksin təqdim edib. Əksər ölkələrdə də koronavirus əleyhinə peyvəndin hazırlanması istiqamətində işlər gedir. Hələ ötən il Azərbaycanda da vaksin hazırlanması ilə bağlı işlərin görüldüyü barədə AMEA tərəfindən məlumat verilmişdi.
Valyuta.az xəbər verir ki, məsələ ətrafında Sfera.az-a danışan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli vaksinin hazır olduğunu və insanlar üzərində sınaqdan keçirildiyini bildirib:
"AMEA-nın Molekulyar Biologiya İnstitutu ilə birgə Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov vaksin hazırlayıb. Həmin vaksin heyvanlar üzərində sınaqdan keçirilib. Vaksinin insanlar üzərində də sınanması lazımdır. Biz Tərlan Məmmədovdan uzun müddət xəbər ala bilmədiyimiz üçün elə düşünürdük ki, iş dayanıb. Lakin bu yaxınlarda Tərlan Məmmədov açıqlama verdi ki, peyvənd insanlar üzərində sınaqdan keçirilir. Lakin konkret nəticə ilə bağlı məlumat yoxdur".
İ.Həbibbəyli vaksinin Türkiyədə hazırlandığını qeyd edib:
"Vaksin Azərbaycanda yox, Türkiyədə hazırlanıb. Vaksinin hazırlanması üçün qrupda olan azərbaycanlılar da Türkiyədədir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay