İyunun 1-dən sonra yumşaldılmalar olacaq? – RƏSMİ AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxanlarla bağlı vəziyyət müsbətə doğru gedir. Həm yoluxanların sayı azalır, həm də virusdan sağalanların sayı xeyli artıb. iyunun 1-də ölkədə xüsusi karantin rejiminin müddəti başa çatır. İnsanları maraqlandıran məsələlərdən biri də iyunun 1-dən sonra hansı məhdudiyyətlərin ləğv edilməsidir.
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı ARB24-də yayımlanan "Nə Baş Verir?" verilişində qonaq olan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Vəfa Ağayeva, yoluxanlarla bağlı rəqəmlərin hər an dəyişə biləcəyini söyləyib.
Bu haqda əvvəlcədən danışmağın çətin olduğunu deyən V.Ağayeva bildirib ki, çünki iyun ayına iki həftəlik müddət qalır:
“Biz əvvəlki təcrübədə bir və ya iki həftə ərzində ölkədə koronavirus mənzərəsinin dəyişməsinin şahidi olmuşuq. Bu haqda əvvəlcədən nəsə demək çox çətindir. Təkcə bizim ölkədə deyil, bütün dünyada koronavirusdan müəyyən qədər qurtulmaq üçün əhalinin 70 faizi vaksin olunmalıdır. Bizim də hədəfimiz budur ki, əhalinin 70 faizi avqust ayına qədər vaksinasiya olunsun”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay