BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
12283

"Pandemiya ilə bağlı bir ildən çoxdur fəaliyyəti ləğv olunan idman zalları, hamamlar, mərasim evləri, şadlıq sarayları kimi obyektlərin bəzilərinin profilləri dəyişib”.

Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. 

O, sözükeçən obyektlərin satış və kirayəsindən də söz açıb:

"Bəzilərinin profilləri dəyişsə də, məsələn, market kimi fəaliyyət göstərsələr də, bəziləri hələ də bağlı vəziyyətdə qalıb. Ən kiçik şadlıq evində belə ən azı 20-30 nəfər işçi heyəti olurdu, hazırda hamısı işsiz qalıb. O cümlədən şadlıq evlərinin, mərasim zallarının satışı həyata keçirilə bilmir. Çünki hər hansısa əmlaka yatırım edən vətəndaş onu gəlir mənbəyi üçün alır – ya özü işlədir, ya da icarəyə verir. Amma bu sahələrin fəaliyyətinə icazə verilmədiyinə , həmçinin bunun nə zaman olacağı bəlli olmadığına görə, həmin sahəyə yatırım etmək heç kim üçün maraqlı deyil. Hətta onların qiyməti yarıya düşsə belə, faktiki olaraq tələbat yoxdur.
 
İdman zalının profilini dəyişmək olmur, zalı açan adam külli miqdarda xərc çəkir, avadanlıqlar alır, yaxud hamamlar sırf o sahəyə uyğun düzəldilib deyə, profilini dəyişmək mümkün deyil. O baxımdan obyektlərin satışından, kirayəsindən söz gedə bilməz”.

Müsahibimiz qeyd edib ki, pandemiya dövründə ən çox satılan obyektlər apteklər və marketlər olub: 

"Hətta geyim mağazaları bağlı olsa da, bu iki profil həmişə işlək vəziyyət olub. Bundan əlavə, bilirsiniz, kafelərin, restoranların fəaliyyəti ilə bağlı da qərarlar tez-tez dəyişir – gah açılır, gah da bağlanır. Ona görə də şəhərdə kafe kimi işləyən bir çox obyektlər tamamilə marketə, yaxud digər iaşə obyektlərinə çevrildilər. Bu gün toyların dayandırılması, şadlıq evlərinin fəaliyyətsizliyi tək həmin obyektlərə deyil, onunla əlaqədar olan bütün sahələrə mənfi təsir göstərir. Tutaq ki, cütlüklər ailə qurur, onların böyük əksəriyyəti məcbur ev alırlar. Toylara icazə verilməməsi səbəbindən də daşınmaz əmlak bazarı zərər görür. Yaxud, Bakıda yüzlərlə şadlıq evləri var və bunlarda hər gün toylar edilirdi. Bu da o deməkdir ki, hər gün ora ət, çörək, meyvə və digər qida məhsulları daşınırdı, bu da kənd təsərrüfatı sahəsinə müsbət təsir edirdi”.

Ekspert bildirib ki, şadlıq evlərinin satış qiyməti bir neçə milyondan başlayır: 

"Hətta 15-20 milyon bazar dəyəri olan şadlıq evləri var. Amma bu gün onlar ölü kapital olaraq yatır. Heç bir gəlir gətirmir. Bu, vətəndaşlarla bərabər, iqtisadiyyata da mənfi təsir edir. Bu gün istənilən fəaliyyət göstərən restorana gedəndə, xüsusilə axşam saatlarında tam dolu olduğunun şahidi oluruq. Bir restoranda 100-150 nəfər adam olur. Onlara icazə verildiyi halda, şadlıq evlərinə icazə verilməməsi müəyyən suallar yaradır.
 
Ümumiyyətlə obyektlərin bazar dəyəri normalda onun icarə qiyməti ilə ölçülür. Bəzi şadlıq evləri var ki, ayda 10 min, 30 min, hətta 50 min manat icarə verir. Şadlıq evləri ilə bağlı satış qiymətləri milyondan yuxarı – 3, 5, hətta 25-30 milyondan başlayır. Lakin pandemiyadan öncə bu belə idi. O zaman tələbat da olurdu. Çünki ən çox gəlir gətirən sahə idi. Həmçinin mərasim zalları da bu cürdür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin