Azərbaycanda epidemioloji vəziyyət nəzarət altında saxlanlır - TƏBİB
“Sağalanların sayının yoluxanların sayını keçməsi yaxşıdır. Bizə yeni yoluxma yox, testlərin daxilində pozitiv nəticələrin payı maraqlıdır”.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, yeni yoluxmalar daha çox ötən ilin noybr-dekabr aylarında olub:
“Yoluxmaların sayında mərhələli şəkildə enmə müşahidə olunur. Yoluxma əmsalı 10 %-ə yaxınlaşır. Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altında saxlanlır. 30-59 yaş arası insanlarda yoluxma halları çox olur və bu göstərici həmişə eyni olub”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay