Səhiyyə
03.05.2021 / 10:31
Koronavirusa yoluxan nazirin səhhəti necədir? - AÇIQLAMA
11792
Koronavirusa (COVID-19) yoluxan mədəniyyət naziri Anar Kərimov sağalıb.
Valyuta.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.
O bildirib ki, A.Kərimovun karantin müddəti mayın 2-də bitib: “Onun yenidən verdiyi testin nəticəsi neqativ çıxıb. Nazirin bu gün işə çıxması nəzərdə tutulub”.
Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov aprelin 16-dan COVID-19-dan müalicə olunurdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay