Vaksinasiya olunanlar özünlərini qorumalıdırlar – Həkim terapevt
Əhali arasında yeni növ koronavirus (COVID-19) infeksiyasının istər müalicə, istərsə də peyvənddən sonrakı mərhələsində yanlışlığa yol vermə halları olur.
Valyuta.az AzərTAC-a istinadən xəbər verir ki, həkim-terapevt Xumar Novruzova müalicə prosedurunda baş verən yanlışlıqlar haqqında açıqlama verib.
Onun sözlərinə görə, təəssüf ki, ev şəraitində müalicə olunanlar əksər hallarda qohum-əqrəbada, ətrafda infeksiyaya yoluxanlardan kiminsə resepti əsasında prosedur qəbul edirlər:
“Bu, qətiyyən düzgün deyil. Əvvəla, koronavirus viral xəstəlikdir, antibiotiklə müalicə olunmur. Antibiotiklərlə o halda müalicə olunur ki, artıq həkim aparılan xüsusi analiz, kompüter tomoqrafiyası və digər vasitələrlə müayinələrdən sonra onun tətbiq olunmasına icazə verir. Bundan başqa, qan duruldan dərman və vasitələrdən aşırı dərəcədə istifadə etmək də düzgün deyil. Bu, doğrudur ki, COVID-19-a yoluxma zamanı qanda qatılaşma gedir və tromb yaranma ehtimalı böyük olur. Lakin bu, heç də o demək deyil ki, hamı aspirin qəbul etsin. Çoxlu aspirin qəbul edilməsi qanaxmalara aparıb çıxara bilər. Ona görə də belə hallarda müalicə mütləq həkim nəzarəti altında və ya həkimlə məsləhətləşəndən sonra edilməlidir”.
O, peyvənd vurulandan sonrakı mərhələdə də ehtiyatı əldən verməməyi məsləhət görüb:
“Vaksinasiya olunanlar nəzərə almalıdırlar ki, peyvəndin qoruyuculuq faizi 90-95 faizdən çox deyil və ona görə də özünüqoruma tədbirləri davam etdirilməlidir. İkinci peyvənd dozası vurulandan üç-dörd həftə sonra xüsusi analiz nəticəsində immunitetin yaranıb-yaranmamasını yoxlamaq mümkündür. Poliklinika və klinikalara müraciət edərək bunu yoxlatmaq olar”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay