BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
11489

COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həftəsonu paytaxtın müxtəlif ərazilərində dezinfeksiya işləri həyata keçirilir. Lakin, koronavirusun səthlərdə və açıq havada uzun müddət aktiv ola bilmədiyini nəzərə aldıqda bu tədbirlərin virusun profilaktikasında nə dərəcədə təsirli olub-olmadığı müzakirə mövzusudur.

Valyuta.az Oxu.az-a istinadən xəbər verir ki, həkim-professor Adil Qeybulla, ümumiyyətlə virusun müxtəlif səthlərdə uzun müddət qalmaq imkanının olmadığını bildirib. 

Onun sözlərinə görə, viruslar yalnız müəyyən dövr, təxminən bir neçə saat ərzində su damlacıqlarının içərisində qala bilirlər:

“Su quruyan zaman və günəş şüalarının da təsiri ilə ətraf mühitdə viruslar deformasiyaya uğrayırlar. Onlar dözümsüz olduqları üçün tez bir müddətdə sıradan çıxır və deaktivləşirlər. Ona görə də virusun ətraf mühitdə səthlərdə qalması real deyil”.

Onun sözlərinə görə, virusun ayaqqabıdan, paltardan və s. bu kimi yollarla yoluxdurması da ciddi qəbul edilmir:

“O yalnız insandan insana hava damcıları yolu ilə keçir. Bu baxımdan ətrafın dezinfeksiyası da sadəcə sanitar tədbir kimi həyata keçirilir. Bu mənada insanlar əsas üç qaydanı gözləməlidirlər: maska taxmaq və ondan düzgün istifadə etmək, məsafə saxlamaq və əlləri dezinfeksiya etmək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məsələ ilə bağlı əlavə edib ki, bütövlükdə dezinfeksiya tədbirlərinin virusa qarşı mübarizədə təsirlərinin qiymətləndirilməsi yaxşı olardı:

“Dezinfeksiya tədbirləri hansı səviyyədə virusun azalmasına və ya virusun yayılmamasına təsir göstərdiyi müəyyənləşdirilməlidir. Belə bir qiymətləndirmənin aparılması ehtiyac var. Yalnız bundan sonra dezinfeksiya tədbirlərinə davam edilib-edilməməsi ilə bağlı qərarın verilməsi mümkündür.

Sözsüz ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalar göstərdi ki, ötən il 80 milyon manatdan artıq vəsait ya təyinatı üzrə xərclənməyib, ya da bəzi hallarda qiymətlərin şişirdilib. Bu da ondan xəbər verir ki, əslində hər bir istiqamətdə, xüsusilə də pandemiya dövründə ayrılan vəsaitlərin səmərəliliyinin qiymətləndirilməsinə ehtiyac var. Həmçinin dezinfeksiya tədbirləri üzrə səmərəliliyin də ayrıca qiymətləndirilməsi məqsədəuyğun olardı. Bunun virusun yayılmasına təsirinin olub-olmaması müəyyənləşdirilməlidir”.

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal departamentindən bildirilib ki, qurumun həyata keçirdiyi dezinfeksiya tədbirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat, qərarları və bu sahə mütəxəssislərin rəyi əsasında həyata keçirilir.

Qeyd edilib ki, dezinfeksiya tədbirləri xüsüsi qrafik üzrə Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları tərəfindən əsas küçə və prospektlərdə aparılır. Departamentin əməkdaşları tərəfindən balansda olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və əlavə təmizlik işləri görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin