Həbs olunan baş həkimlərə hansı cəza veriləcək? – AÇIQLAMA
"Rüşvətxorları ömürlük həbs etmək lazımdır, onları bağışlamaq olmaz".
Valyuta.az Sfera.az-a istinadla xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov bildirib.
Ekspert korrupsiya ilə bağlı səhiyyə işçilərinin həbs olunması məsələsinə toxunub:
"Hamımıza məlum olan məsələdir ki, tibb sahəsində korrupsiya halları olub. Bunun da səbəbi həmin insanların rahatlığı idi. Yəni kim nə istəyir edəcək, amma onlara toxunan olmayacaq düşüncəsi var idi. Bundan sonra vətəndaşlar da daha ürəkli olacaq, bu kimi hallar olsa şikayətlərinin cavabsız qalmayacağını biləcəklər. Məsələyə geniş yanaşsaq, ölkənin ən böyük bəlalarından biri rüşvətdir. Korrupsiyanın qarşısını almağın isə üç əsas yolu var. İlk növbədə bu kimi şəxslərin maaşı yüksək olmalıdır. Yəni biz onlara aşağı maaş təyin edib rüşvət almamalarını gözləsək, bu sadəlövhlük olar. Bundan başqa onların cəzası çox sərt olmalıdır. Yəni rüşvətxoru aldığı məbləğdən asılı olmayaraq ömürlük həbs etmək lazımdır və onlar əfvə düşməməlidir. Bu zaman dövlət də haqlı olur ki, "sənə yüksək maaş verirəm rüşvət alma və cəzan ağır olmasın". Üçüncüsü isə məmurların gəlir və xərclərinin bəyannaməsi olmalıdır. Yəni məmurlar və onların ailəsi şəffaf olmalıdır".
Hüquqşünas məmurların korrupsiyaya yol vermələrinin onların həyat tərzindən bəlli olduğunu bildirib:
"Məmurlarımızın əynindəki kostyumun qiyməti onların illik maaşından daha çoxdur. Geyimdən əlavə hələ səyahət xərclərini və s. demirəm. Sabahı gün biz belə hal görsək, hüququmuz çatmalıdır ki, məmurdan soruşaq ki, "bu pul səndə hardandır?".
Rüşvətin qarşısınının alınmasında xəstəxanaya nəzarət edən qurum, nazirlik nümayəndəsinin nəzarəti də önəm daşımır. Çünki bu insanlar özləri də rüşvətə yol verə bilir. Yəni nəzarətçi özü də məmur olduğu üçün rüşvətin qarşısını almaq olmayacaq. Bu baxımdan nəzarət ictimai, şəffaf olmalıdır. Məmurların gəlir və xərclərilə bağlı bəyannamə olsa, belə halların qabağı alına bilər. Dövlət orqanlarının bir-biri üzərində nəzarəti isə təəssüf ki, özünü doğrultmur".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay