Baş Prokurorluğun həbs etdiyi Pərviz Abbasov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, "Yeni klinika” tibb müəssisəsinin direktorunun qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun məlumatına görə, Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin "Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub.
Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasov barəsində həbs qətimkan tədbiri seçilib. Əvəz Hüseynov və Vüsalə Əliyeva barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilib. Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.
Rüşvətə görə həbs edilən Pərviz Abbasovun tərcümeyi-halını təqdim edirik:
Pərviz Akif oğlu Abbasov 20 mart 1981-ci ildə Şəki şəhərində anadan olmuşdur. Orta təhsili 1987-1997-ci illərdə fərqlənmə attestatı ilə bitirmiş, 1997-ci il Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuş və 2003-ci ildə Ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
Təhsilini 2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetində Aspirantura və 2012-2014-cü illərdə Türkiyə Cümhuriyyətinin İnönü Universitetində Fellow doctor kimi davam etdirmişdir.
İştirak etdiyi kurslar və treyninqlər:
2008 - Rusiya Federasiyası. Kazan Dövlət Tibb Akademiyası, Endoskopik Cərrahiyyə Mərkəzi - Laparoskopik Cərrahiyyə Kursu
2009 - Almaniya Federativ Respublikası, Lubek Universiteti Klinikasi - Onkologiya, cərrahiyyə və teletəbabət kursu
2010 - Türkiyə Respublikası, Ankara, Laparoskopik və Robotik Cərrahiyyə kursu
2011 - Türkiyə Respublikası, İstanbul, Laparoskopik Kolorektal Cərrahiyyə kursu
2013 - Türkiyə Respublikası, İnönü Universiteti, Vaskulyar və Mikro Cərrahiyyə kursu
2013 - Türkiyə Respublikası, Səhiyyə Nazirliyi "Səhiyyənin idarə edilməsı və sığortanın təşkili” kursu
Elmi tədqiqat işi:
2008 - tibb üzrə fəsəfə doktoru
Mövzu - "Qaraciyər exinokokkozunun müalicəsi və residivlərin profilaktikası üsullarının yaxşılaşdırılması”.
2016 - tibb üzrə elmlər doktoru
Mövzu - "Qaraciyər transplantasiyasından sonrakı ağırlaşmalardan mikro element sistemin və vaskulyar hemodinamikanın rolu”.
Elmi fəaliyyəti
AMAJ jurnalı, redaksiya heyəti üzvü, ümumi cərrahiyyə üzrə eksperti
2014, fevral - "Elmi fəaliyyətinə görə” Azərbaycan Milli Elmlər Akademiyasının FƏXRİ FƏRMANI ilə təltif olunmuşdur.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişaf Fondunun keçirdiyi elmi işlərin Qrand Layihələri Müsabiqəsinin qalibi olmuşdur.
2009-2018 - ATU-nun "Cərrahiyyə” üzrə Aprobasiya Şurasının üzvü və elmi katibi
2013-2018 - ATU-nun "Cərrahiyyə” üzrə "Problem Komissiyasının” üzvü
2012-2016 illər - Beynəlxalq jurnalların nəşriyyat sistemində ümumi cərrahiyyə sahəsində ekspert (hakim)
2009-cu ildən - ATU-nun "Cərrahiyyə” üzrə Aprobasiya Şurasının üzvü
2003-2021-ci illər ərzində 16 xarici ölkədə 54-dən artıq Beynəlxalq Konqress, konfrans və s. iştirak etmiş, 13 çıxış və 25-dən artıq poster çıxışı etmişdir. 3 beynəlxalq və 4 milli konfransda sədrlik etmişdir. 90-dan artıq elmi məqalənin, 3 səmərələşdirici təklifin, 2 ixtiranın müəllifidir.
İş fəaliyyəti:
2020-ci ildən Yeni Klinikanın Direktoru
2020-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, şəxslərə göstərilən Tibbi Xidmətin Təkmilləşdirilməsi və ölüm Hallarının təhlili komissiyasının sədri
2019-cu ildən Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Müşahidə Şurasının üzvü
2019-cu ildən komissiyasının üzvü
2017-2018-ci illərdə Caspian İnternational Hospital, Baş həkim kimi çalışmışdır.
2012-2014-cü illərdə Türkiyə Cümhuriyyəti, İnönü Universiteti, Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası kafedrası, Gastroenteroloji, Bariatrik və Metabolik Cərrahiyyə Bölməsi
2014-2017-ci illərdə Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası, Cərrahiyyə şöbəsi
2003-2019-cu illərdə ATU-nun II Cərrahi xəstəliklər kafedrasında: 5 N-li Bakı Şəhər Xəstəxanası I Cərrahiyyə şöbəsi
Üzv olduğu tibbi cəmiyyətlər:
Azərbaycan Tibb Asossiasiyası, komitə üzvü
Azərbaycan Cərrahlar və Qastroenteroloqlar Asossiasiyası
International Association of Surgeons, Gastroenterologists and Oncologists
International Society of Surgery
European Society of Surgery
Türkiyə Cərrahiyyə Dərnəyi
Türkiyə Bariatrik Metabolik Cərrahlar Dərnəyi
Türkiyə Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyi
Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyi
Türkiyə Hepatobiliyar Cərrahiyyə Dərnəyi
Türkiyə Orqan Transplantasiyası Dərnəyi
Cərrahi fəaliyyət sahələri:
Laparoskopik cərrahiyyə, Mədə və bağırsaq cərrahiyyəsi, Yogun bağırsaq cərrahiyyəsi, Düz bağırsaq cərrahiyyəsi, Qaraciyər, öd yolları və mədəaltı vəzi cərrahiyyəsi, Yırtıqların açıq və laparoskopik cərrahiyyəsi, Öd yolları, aralıq nahiyəsi və həzm traktının plastik və rekonstruktiv cərrahiyyəsi.
Ailəlidir, iki övladı var. // baku.ws
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay