Karantinin yumşaldılması nə vaxt baş verəcək? (RƏSMİ/VİDEO)
"Aktiv şəkildə yoluxma halları artmaqdadır. Amma ciddi təlaşa səbəb görmürəm. Artıq vaksinasiyaya başlamışıq deyə, prosesin qarşısını almağı düşünürük".
Valyuta.az xəbər verir ki, bu sözləri ARB24-də yayımlanan "İşgüzar səhər" verilişində qonaq olan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Könül İsmayılova bildirib.
Onun sözlərinə görə, aprelin 4-dən etibarən "COVAX" platforması ilə yeni dozada vaksinlərimiz ölkəyə gətirilib.
“Gün ərzində 30-35 minədək əhali vaksinasiya olunur. Bu əslində böyük bir göstəricidir. Əgər bu şəkildə sürətlə davam edə bilsək, 60-70 faiz əhalidə peyvəndlənməyə nail olacağıq. Bu gedişat göstərəcək ki, hansı yumşaldılmaların tətbiqinə aidiyyəti qurumlar brifinqdən sonra qərar verəcək", - deyə İSİM-in əməkdaşı əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay