BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
11158
Əlövsət Orucov şirkətin adını niyə dəyişdirib? 

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin liftlərə texniki xidmətlə bağlı elan etdiyi tenderin qalibi bəlli olub. 

Valyuta.az xəbər verir ki, qalib şirkət "Harmony İndustrial Construction and Engineering Group” MMC-dir.

İdarə MMC-yə göstərdiyi xidmətin müqabilində toplam olaraq 28 079.92 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Harmony İndustrial Construction and Engineering Group” MMC 28 fevral 2005-ci ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir. Şirkətin qanuni təmsilçisi Orucov Əlövsət Bilal oğludur.
 
"Harmony İndustrial Construction and Engineering Group” MMC-nin hüquqi ünvanında daha iki şirkət qeydiyyatdadır. Bunlar “Piramida-2001” MMC və “A-Marble” MMC-dir. “Piramida -2001” MMC-nin də qanuni təmsilçisi Əlövsət Orucovdur. “A-Merable” MMC-yə gəlincə, bu şirkətin qanuni təmsilçisi kimi Orucova Maya Zülfüqar qızının adı qeyd edilib. Ehtimal olunur ki, Maya Orucova Əlövsət Orucovun xanımıdır. Əlövsət Orucov həm də “Piramida F.R” MMC-nin sahibi olub. 

2020-ci ildə ümumi məbləği 1 milyona çatan satınalma müsabiqələrinin qalibi olan şirkətin 542 min manat vergi borcu olub. Bundan başqa, internet resurslarında apardığımız araşdırma zamanı bəlli olub ki, 2018-ci ildə Azərbaycanın ən böyük sement istehsalçısı olan “Holcim” ASC "Piramida-F.R." MMC-ni məhkəməyə verib. "Piramida-F.R." MMC “Holcim” ASC-yə olan borcunu ödəməməkdə təqsirli bilinib və borcun hissə-hissə ödənilməsi barədə qərar verilib.

2019-cu ildə isə Dövlət Əmək Müfəttişliyi Xidməti "Piramida-F.R." MMC barədə protokol tərtib edib. Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) pozmaqda təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, hazırda şirkət fəaliyyət göstərmir. Hər halda Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Piramida F.R” MMC barədə hər hansı məlumat yoxdur. Bu MMC-yə məxsus VÖEN indi "Harmony İndustrial Construction and Engineering Group” MMC-nin istifadəsindədir. Görünür, Əlövsət Orucov “Piramida F.R” MMC-nin şübhəli tenderlərdə iştirakı ilə bağlı mediada yayımlanan yazılardan ehtiyatlanaraq şirkətin adını dəyişdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin