BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
10904

"Artıq bir ildən artıqdır ki, insanlığı əsirinə çevirən "COVİD-19"dan əsas qorunma yollardan birinin, maska taxılması olduğu bildirilir. Bu hal dünyanın əksər ölkələrində hətta rəsmləşdirilib”.

Valyuta.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdüri, tibb elmləri doktoru, professor Musa Qəniyev, maska taxmağın istər xeyirli, istərsə də zərərli tərəfini hərtərəfli təhlil edib.

Professor qeyd edib ki, bu haqda bəzi zəruri tövsiyyələri dəfələrlə bildirmək istəsə də, fərdi və  əks, hətta təhqir xarakterli rəy və postları oxuduqca, bu fikrindən əl çəkib.

M.Qəniyev, hazırda bu haqda kəskin, ziddiyyətli yanaşmaları, insanların bu məsələyə sonsuz marağını, xüsusən bu haqda bir dənə də olsa, tövsiyyə xarakterli maarifləndirici məlumata rast gəlmədiyinə görə, bu problemə münasibət bildirməyin artıq zərurət olduğu qənaətinə gəldiyini diqqətə çatdırıb.

Kafedra müdiri, qoruyucu maskalardan istifadənin tarixi barədə qısa arayış verib: 

“Maskadan ilk istifadə bizim eradan əvvəl 6-cı əsrdən başlayır. Ondan əvvəl isə, insanlar tanınmamaq məqsədilə maskalardan istifadə edirdi. Hazırkı tibbi maskaların sələfi hesab olunan “quş maskalarından” (quş dimdiyini xatırladan görünüşü vardı) 1345-1351-ci ildən Avropada 25 milyon insanın ölümünə səbəb olan “Qara Ölüm”- Vəba pandemiyası yayıldığı dövrdən istifadə olunmağa başladı”.

Onun  sözlərinə görə, virus pandemiya halını aldıqdan sonra, maska taxmağa münasibətdə dünya iki qütbə ayrıldı: 

“Bir sıra ölkələrdə insanlar maskadan mütləq şəkildə istifadə etməyə başladı (məs. Cənubi Şərqi Asiya ölkələri). Bir sıra ölkələrdə isə buna son zamanlara qədər demək olar ki, əməl olunmurdu. Bir qrup Amerika və Tayvan alimlərinin “Science” jurnalında dərc olunan tədqiqatı göstərdi ki, digər viral infeksiyalardan fərqli olaraq, koronavirus törədiciləri tək kataral vəziyyətdə olan xəstələrdən deyil, hətta xəstəliyi simptomsuz keçirən şəxslərin tənəffüs havasında 0,1 -1000 nonometrli hissəciklər şəklində  ətraf mühütə verilə, eləcə də əşyaların üstünə çökərək, uzun müddət saxlanılmaqla, kontakt yolu ilə yoluxmaya səbəb ola bilər. Tənəffüs havası ilə rütubətləndirilən qapalı mühütdə isə, onlar istər hava, istərsə də çökdüyü səthdə daha uzun müddət qaldığından, virusun virulentlik əmsalı və yoluxdurma potensialı qat-qat yüksək olur (bu həqiqətdir)”.

Musa Qəniyev, bu söyləntilərin arxasında duran əsl reallıq haqqında danışıb: 

“Əvvəla tənəffüs havası ilə mikroaerozollar şəklində əşya səthinə çökən virusun güya maska taxılmasa,  “əl-ayaq-ağız” yolu, yəni kontakt yolla ağıza və ya buruna düşərək xəstəlik törətməsinə münasibət. 

Bidirmək istəyirəm ki, xüsusən açıq havada istənilən bir əşyanın, hətta taxılmış maskanın üzərinə düşmüş virus, mürəkkəb struktur əsaslı olduğundan, çox sürətlə parçalanaraq nuklein ardıcıllığını itirdiyi üçün, yoluxduruculuq qabiliyyəti praktik olaraq sıfırlanır (istənilən səth üzərində uzun müddət yalnız bəsit struktura malik olan viruslar, məsələn polimielit virusu, yaşaya bilir).  Bu halda hətta laborator müayinə  həmin səthdə virusun olduğunu təsdiqləsə belə, bu artıq yoluxduruculuq qabiliyyətindən tam məhrum olan inaktiv ştamm və ya genom fraqmentidir. Yəni heç bir halda yoluxma törədəcək gücə və ya potensiala malik deyildir və malik ola da bilməz”.

Professor, “COVİD-19”un hava damcı üsulu ilə yoluxması haqqında panikaya düşməməy tövsiyə edir:

“Bu haqda məlum alimlərin söylədikləri və gəldiyi qənaətdən  çox da qorxub panikaya düşmək lazım deyildir; çünki, ölçüsü yalnız 20 nonomikronda kiçik olan hissəçiklər ağ ciyər və tənəffüs yollarına keçə bilir. 1 mlm tənəffüs havasında 1000 mkm hissəçik olsa belə, 20 nonomikrondan kiçik hissəciklərin faiz nisbəti, heç də həmişə yoluxmaya səbəb olan virus yükünü daşımağa imkan vermir.

Ölçüsü 20 nonomikrondan böyük olan hissəçiklər isə, yalnız həzm traktına daxil olur və mədənin turş mühütündə ani olaraq inaktivləşir, hətta həmin şəxs axlorhidriyadan əziyyət çəkirsə belə, həzm traktında AÇF reseptorları olmadığından, bu halda Covid 19-a yoluxma haqqında düşünmək belə absurd bir şeydir.  

Digər tərəfdən, hətta günəş şüası olmadıqda belə, təmiz atmosfer havası çox yüksək antimikrob və antiviral təsirə malikdir və çox qısa müddətdə virusların genom strukturunu inaktivıəşdirməklə, onların virulentlik əmsalını sıfırlayır. Odur ki,  yalnız yaxın kontaktda, xüsusən, qapalı mühüt daxılındə (təkrar edirəm, qapalı mühüt daxilində) bu infeksiyadan qorunmanın əsas yollarından biri maska taxmaqdır”. 
    
M.Qəniyev, maska taxmanın yaxın və uzaq  fəsadları haqqında məlumat verib: 

“1. Uşaqlara təsiri. Birinci uşaqlıq yaş dövrü sona çatana qədər (6 yaş) bronx-ağ ciyər sistemi formalaşmadığına görə, uşaqlara maska taxmaq qəti qadağandır. Bu hal faciəyə səbəb ola bilər. Yalnız zərurət yaranarsa (uşaq təhlükə gözlənilən qapalı mühütə girirsə), maska qısa müddətə, yəni 10-15 dəqiqə taxıla bilər. Yaxşı olar ki, maska taxmağa bu münasibət, uşaqlarda ağ ciyər-tənəffüs sistemi tam formalaşana qədər, yəni qiz uşağının 11, oğlan uşağının isə 12 yaşı olana qədər əməl olunsun”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin