Operativ Qərargah sabah brifinq keçirəcək? - RƏSMİ AÇIQLAMA
Son günlər yoluxanların və ölüm hallarının çox olması yenidən sərtləşdirilmiş karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı müzakirələrə səbəb olub
Azərbaycanda ötən gün koronavirus infeksiyasına 2457 yeni yoluxma faktı qeydə alınıb, 2002 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Ötən gün 34 nəfər COVID-19-dan vəfat edib.
Ölkədə bu günə qədər 289 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 253 762 nəfər müalicə olunaraq sağalıb, 3 978 nəfər vəfat edib. 31 861 nəfər aktiv xəstə sayını təşkil edib.
Son günlər yoluxanların və ölüm hallarının çox olması yenidən sərtləşdirilmiş karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın sabah brifinq təşkil edəcəyi ilə bağlı məlumatlar yayılıb.
Mövzu ilə bağlı Qazet.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, brifinqin təşkili ilə bağlı məlumatı yoxdur.
“Mənim məlumatım yoxdur. Məndə belə bir informasiya yoxdur”, - deyə İ.Məmmədov əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay