Səhiyyə
05.04.2021 / 16:54
Azərbaycanda 1099 nəfər yoluxdu, 34 nəfər isə… - RƏSMİ
10308
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 271 834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 242 293 nəfər müalicə olunaraq sağalıb, 3711 nəfər vəfat edib, aktiv xəstə sayı 25830 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 763, ötən müddət ərzində isə ümumilikdə 2 935 718 test aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay