2024-cü ildən pensiyaçılar və işsiz vətəndaşlar da tibbi sığorta haqları ödəyəcəklər - AGENTLİK
2024-cü ildən pensiyaçılar və işsiz vətəndaşlar da icbari tibbi sığorta zərfindən istifadə üçün icbari tibbi sığorta haqları ödəyəcəklər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2024-cü ildən sonra bu şəxslərin zərfdən istifadəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada tənzimlənəcək. Bununla bağlı icra mexanizmləri də hazırlanacaq.
“Tibbi sığorta haqqında” Qanuna əsasən dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 1 yanvar 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır. İcbari tibbi sığorta haqqı ödəməklə sığortaolunan Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə istifadə edə bilir.
Qanuna əsasən digər şəxslər, bunlara aiddir heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər isə 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Hazırda digər şəxslər üzrə icbari tibbi sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. //Trend.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay