BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
8271

"Mart ayının 1-dən etibarən Türkiyə ilə Azərbaycan arasında qüvvəyə minən preferensial ticarət sazişi ölkələrimiz arasında olan ticarət əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcək”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərlotereya”nın Türkiyənin “Demirören Holding” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilənin imzalanma mərasimində deyib.

“İki gün sonra biz ikitərəfli münasibətlərimizdə daha bir əlamətdar tarixi yaşayacağıq. Bizim qarşımızda çox iddialı bir hədəf var. 2025-ci il üçün ticarət dövriyyəmizi 15 milyard dollara çatdırmalıyıq”, - deyə nazir əlavə edib.

Mikayıl Cabbarov bildirib ki, “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam dövlət şirkətlərinin fəaliyyətinin yenidən qurulması çərçivəsində qəbul olunmuş mühüm qərarlardandır.

Onun sözlərinə görə, müqavilənin imzalanması ölkəmizdə dövlət müəssisələrinin fəaliyyətində səmərəliliyin və rəqabət qabiliyyətinin artırılması, kölgə iqtisadiyyatının azaldılması istiqamətində atılan növbəti addımdır. Həmçinin, xarici investorların cəlbi “Azərlotereya”nın fəaliyyətini əsaslı şəkildə dəyişəcək, iqtisadi səmərəsini artıracaq.

Nazir onu da diqqətə çatdırıb ki, Türkiyə Azərbaycan iqtisadiyyatında 11 milyard manat sərmayə qoyuluşu ilə fəal rol oynayır.

Qeyd edək ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Demirören Holding” şirkəti arasında imzalanan müqaviləyə əsasən, “Azərlotereya” ASC tərəfdaşa 10 il müddətində icarəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin