Rəsmi
19.02.2021 / 20:12
Azərbaycan bölgədə yeni işbirliyi platforması yaratmağı təklif edib
7878
“2023-cü ilə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırmaq iş adamlarımızdan aslıdır. Biz də bunun üçün lazım olan hər şeyi edəcəyik”.
“Report” xəbər verir ki, bunu baş nazir Əli Əsədov bu gün Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib.
Onun sözlərinə görə, Azərbaycan bölgədə yeni işbirliyi platforması yaratmağı təklif edib: “Bu çoxtərəfli platforma gələcək üçün böyük perspektivlər təklif edir. Bütün bölgə ölkələri üçün faydalı olacaq".
Əli Əsədov qeyd etdi ki, iclasın nəticələri münasibətlərimizin inkişafına təkan verəcək: "Əməkdaşlığımız üçün yeni imkanlar açacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay