Mikayıl Cabbarovdan islahat anonsu: "... şəffaflıq tam təmin edilməyib"
“Dövlət investisiyalı şirkətlərində vəziyyət bu günün tələblərinə uyğun deyil, cavab vermir və bir sıra hallarda idarəetmənin effektivliyi aşağıdır”.
Bunu “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, fəaliyyət sahələri, şirkətlərin xərcləri, tender prosedurları sahələrində şəffaflıq tam təmin edilməyib:
“Büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduğu halda bir çox hallarda zərərlə çalışırlar. Artıq bu sahədə ciddi islahatlar həyata keçirilir. Dövlət şirkətlərinin effektivliyinin artırılması onların ciddi bazar dəyərinə nail olunmasına gətirib çıxarılmalıdır.
Dövlət şirkətlərinin borclanmalarına nəzarətin gücləndirilməsi, dövlət büdcəsinə dividend ödənişlərinin artırılması qarşımızda hədəf kimi durur və 2020-ci ildə yaradılmış Azərbaycan İnvestisiya Holdinqi hazırda bu sahədə çalışır. Dövlət şirkətlərinin idarəetməyə verilməsi sahəsində əsaslı islahatlar hazırlanır”.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, SOCAR-ın, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay