Rusiya mediası: Bakı Moskvadan üzr, cəza və kompensasiya tələb edir
Azərbaycan hakimiyyəti, Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən Azərbaycan Hava Yolları ("AZAL") təyyarəsinin qəzası ilə bağlı Rusiyadan üzr istəməyi, məsul şəxsləri cəzalandırmağı və kompensasiya ödəməyi tələb edib.
Valyuta.Az xəbər verir ki, bu barədə "Rusiya İnformasiya Teleqraf Agentliyi" Azərbaycan Prezidenti İlham Əliyevin AzTV-yə müsahibəsinə istinadən məlumat verib.
“Biz tələblərimizi Rusiya tərəfinə aydın şəkildə çatdırmışıq. Onlar artıq 27 dekabr tarixində təqdim edilib. Bu tələblər nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, günahını etiraf etməlidir. Üçüncüsü, məsul şəxsləri cəzalandırmalı, onları cinayət məsuliyyətinə cəlb etməli və həm dövlətə, həm də zərərçəkən sərnişinlərə və ekipaj üzvlərinə kompensasiya ödəməlidir. Bunlar bizim şərtlərimizdir. Dünən bu şərtlərin birincisi yerinə yetirildi. Ümid edirəm ki, digər tələblərimiz də təmin olunacaq,” - deyə Əliyev bildirib.
Telefon müzakirəsi
Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı vəziyyəti telefonla müzakirə ediblər. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bugünkü telefon danışığı zamanı Putin və Əliyev "AZAL" təyyarəsinin qəzası ilə bağlı müxtəlif məsələləri müzakirə etməyə davam ediblər,” - deyə Peskov bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay