BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8395
  • RUB
    0.0176
  • TRY
    0.0496
  • GBP
    2.2101
58071

Bu gün Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə son günlər Bakıda və Abşeron yarımadasında normadan artıq yağıntı ilə müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntının törətdiyi fəsadların araşdırılması və nəticələrinin aradan qaldırılması, gələcəkdə belə halların baş verməsinin qarşısının alınması ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirilib.

Nazirlər Kabinetindən Valyuta.az-a verilən məlumata görə, iclasda aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Baş nazir Əli Əsədov yağıntıların normadan artıq olması kimi obyektiv səbəblə yanaşı, subyektiv səbəblərin də mövcudluğunu vurğulayıb, müvafiq infrastrukturun tam gücü ilə işləməməsinin bir sıra ciddi fəsadlar və itkilərlə nəticələndiyini bildirib.

Hazırda ziyan dəymiş infrastrukturun fəaliyyətinin bərpası üçün zəruri tədbirlərin görüldüyü, vəziyyətin araşdırıldığı və nəticələrin aradan qaldırılmasından sonra yekun qərarların qəbul ediləcəyi diqqətə çatdırılıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və başqaları yağıntının yaratdığı fəsadlar, onların ilkin məlum olan səbəbləri və aradan qaldırılması ilə bağlı məruzələrlə çıxış ediblər.

Ən təxirəsalınmaz texniki məsələlərin həlli, bütövlükdə Bakı şəhərinin infrastrukturuna dair məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Baş nazir hava şəraitinin törətdiyi fəsadların nəticələrinin aradan qaldırılmasının sürətləndirilməsinə, səbəblərinin tam araşdırılaraq təhlil edilməsinə, gələcəkdə bu cür hadisələr zamanı mümkün fəsadların qarşısının alınması üçün qısamüddətli və uzunmüddətli tədbirlərin görülməsinə, müvafiq infrastrukturun tam hazır vəziyyətə gətirilməsi üçün təxirəsalınmaz addımların atılmasına dair tapşırıqlar verib.

Həyata keçiriləcək bütün tədbirlərin keyfiyyətlə və qısa zamanda başa çatdırılmasına aidiyyəti qurumların ciddi məsuliyyət daşıdığı diqqətə çatdırıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Huawei" "Android"dən tamamilə müstəqil mobil əməliyyat sistemi təqdim etdi

Rusiya Hindistana alüminium tədarükünü kəskin azaltdı

"Bakı Ayaqqabı Fabriki" cərimələnib

“Azər Türk Bank”ın problemli kreditləri 50%-dən çox artıb

“Azər Türk Bank”ın problemli kreditləri 50%-dən çox artıb

"Mitsubishi" Rusiya bazarından çıxmaq istəmir

Çində tarixin ən böyük külək turbini işə salındı

Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib

"Boeing" 6,2 milyard dollar zərər açıqladı

Bu özəl bağçalarda təhsil haqqının yarısı ödəniləcək - SİYAHI

“turbo.az”ın sahibi "Hepsiburada"nı niyə 1,13 milyard dollara aldığını açıqladı

Yeni biznes ideyasını necə tapmaq olar?

Yeni biznes ideyasını necə tapmaq olar?

Dünyada qızılın bahalaşması Azərbaycanda alıcılıq qabiliyyətinə necə təsir edir?

"CHINA CAR"a protokol tərtib olunub

Kapital Bank “SIBOS 2024”-də: tədbir bütün sürəti ilə davam edir®

Nazirlər Kabineti yağıntıların fəsadlarına görə toplandı - Tapşırıqlar verildi

İlham Əliyev “Sberbank”ın sədri ilə görüşdü

14 ən yaxşı pulsuz foto redaktə proqramı

14 ən yaxşı pulsuz foto redaktə proqramı

MOM-dan deputata məxsus olduğu deyilən şirkətə yarım milyonluq sifariş

Tələbələr üçün “Emosional zəka” və “Karyeraya doğru yol” adlı təlimlər keçirilib ®

"McDonald's"la yanaşı, "Coca-Cola" və "Starbucks"ın da səhmləri ucuzlaşıb

Həmin tuneli tikən şirkət: "Biz özümüz araşdırırıq ki, necə olub"

"S&P 500" indeksində süni intellekt şirkətləri: Trilyonlarla dollar...

"S&P 500" indeksində süni intellekt şirkətləri: Trilyonlarla dollar...

"Toros" Firması üçün 25 minlik cərimə təhlükəsi

Mərkəzi Bank "Cüzdan"a lisenziya verib

Sığorta bazarı 9 faizdən çox böyüyüb

COP29-la bağlı Bakının bəzi küçələrində hərəkət istiqaməti dəyişdiriləcək

Dünyadakı ən uğurlu 10 startap

Dünyadakı ən uğurlu 10 startap

Banklar hansı hallarda oğurlanan pulları geri qaytarırlar? - RƏSMİ AÇIQLAMA

Azərbaycan vətəndaşları Türkiyədən 600-dən çox daşınmaz əmlak alıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin