Rəsmi
20.08.2024 / 16:28
Prezident Rəşad Məcidlə bağlı sərəncam imzaladı
54044
Rəşad Museyib oğlu Məcidov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Valyuta.az verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, R.Məcidov Azərbaycanda media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən ordenlə təltif olunub.
Qeyd edək ki, Rəşad Məcid 21 avqust 1964-cü ildə dünyaya gəlib. Sabah 60 yaşı tamam olacaq yazıçı və jurnalist "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri və Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüdür. O, 2005-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adı və 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay