BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
53940

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə avqustun 19-da geniş tərkibdə görüşü olub.

Valyuta.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Vladimir Vladimiroviç. Hörmətli nümayəndə heyətlərinin üzvləri. Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram.

Dünən və bu gün artıq ikitərəfli gündəliyi nəzərdən keçirdik. Qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərini müzakirə etdik və indi işimizi geniş tərkibdə davam etdiririk.

İlk növbədə, Sizi bir daha salamlamaq istərdim. Siz birinci dəfə deyil ki, Azərbaycana gəlirsiniz, amma ilk dəfədir dövlət səfəri edirsiniz və bu səfər ikitərəfli münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malikdir.

Bu gün Sizinlə artıq fikir mübadiləsi apardıq, dost, qonşu və müttəfiq olan ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə etdik. Bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Nümayəndə heyətlərimizin tərkibi də bunu çox əyani şəkildə göstərir. Bu, çox mətləblərdən xəbər verir. Yəni, qarşılıqlı fəaliyyətin müzakirəsi üçün mövzular çoxdur və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir.

Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizi möhkəmləndirmək əzmindəyik və əminəm ki, Sizin səfəriniz ölkələrimizin və xalqlarımızın yaxınlaşmasında növbəti mühüm addım olacaq.

Bir daha xoş gəlmisiniz.

Prezident Vladimir Putin çıxış edərək dedi:

-Dəvətə görə çox sağ olun. Siz də artıq qeyd etdiyiniz kimi, bizim hər iki tərəfdən geniş nümayəndə heyətimiz var. Rusiya Federasiyası Hökuməti demək olar ki, tam heyətdə buradadır.

Artıq Sizinlə qeyd etdik və xatırladıq ki, bu yaxınlarda, on gün əvvəl hökumətlərarası komissiyanın iclasında münasibətlərimizin inkişaf etdiyi bildirildi – təkcə bildirilmədi, həm də qeyd edildi ki, biz 2022-ci ilin müvafiq Bəyannaməsində təsbit olunmuş və Sizin cari ilin aprelində səfəriniz zamanı əldə olunmuş razılaşmaları tam həcmdə yerinə yetiririk.

Belə geniş tərkibdə iş bizə ən yaxın perspektivdə gələcəyə yönəlmiş addımları müəyyən etməyə imkan verir. Hərçənd, əvvəlki görüşümüz “məhdud tərkibdə” adlansa da tamamilə prioritet xarakterli bir sıra məsələlər tam nəzərdən keçirildi.

Biz hələ müvafiq sənədləri imzalamalıyıq, həmkarlar isə dünən axşam, bizim də Sizinlə etdiyimiz kimi, qeyri-rəsmi şəraitdə, bu gün isə artıq gün ərzində öz aralarında ünsiyyət qurmaq və ən yaxın perspektiv üçün addımları müəyyənləşdirmək imkanı əldə etdilər.

Beləliklə, Sizə təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyev: Sağ olun.

15.14

Avqustun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü keçirilir.

Valyuta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

15.42

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud tərkibdə görüşü keçirilib.

Valyuta.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Vladimir Vladimiroviç, Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram. Xoş gəlmisiniz. Görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il artıq iki dəfə görüşmüşük. Bu gün dövlət səfəri çərçivəsində təmaslarımızı davam etdiririk. Mahiyyət etibarilə artıq müzakirələrə dünəndən başlamışıq. Həm ikitərəfli gündəlik, həm də regional təhlükəsizlik ilə bağlı mühüm məsələlər üzrə geniş fikir mübadiləsi apardıq. Bu gün məhdud formatda və geniş formatda da davam edəcəyik.

Qeyd etmək istərdim ki, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq. 2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm nəqliyyat sahələrində əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi diqqət yetiririk. Ona görə də bu gün gündəlikdə duran məsələləri bir daha müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin üçün xoş, həm də münasibətlərimiz baxımından faydalı olacaq.

Bir daha xoş gəlmisiniz.

Sonra çıxış edən Prezident Vladimir Putin dedi:

-Hörmətli İlham Heydər oğlu, çox sağ olun.

İlk növbədə, dəvətə görə sağ olun. Biz Sizinlə bu səfəri çoxdan razılaşdırmışdıq və Bakıda olmağıma, bu şəhərin gözəlliyinə bir daha tamaşa etməyimə çox şadam. Əmin oldum ki, Siz və xanımınız onun inkişafına böyük diqqət yetirirsiniz. Bu, göz qabağındadır. Şəhər inkişaf edir, uğurla inkişaf edir, sözsüz ki, regionun oazisinə çevrilir.

Münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində Sizinlə imzaladığımız Bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir. Bu ilin aprelində Sizin Moskvaya səfəriniz zamanı ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verilib.

İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz və Sizinlə razıyam ki, 4 milyard dollardan bir az çox yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialını əks etdirmir. Həqiqətən, burada yalnız energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur.

Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil.

Humanitar əlaqələrə gəldikdə, biz onlara çox böyük əhəmiyyət veririk və rus dilinin inkişafına göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Azərbaycanda rus dilində 300 məktəb, bizim aparıcı ali təhsil müəssisələrinin filialları fəaliyyət göstərir. Minlərlə azərbaycanlı gənc Rusiya Federasiyasının aparıcı universitetlərində təhsil alır və biz bu qarşılıqlı fəaliyyəti genişləndirməyə hazırıq.

Hökumətlərarası komissiya işləyir. Elə bu yaxınlarda – gərək ki, 10 gün əvvəl burada, Bakıda hökumətlərarası komissiyanın növbəti iclası keçirildi. O, uğurla fəaliyyət göstərir.

Yeri gəlmişkən, bilirəm ki, bu ilin iyununda Azərbaycanda Rusiya Mədəniyyəti günləri keçirilib. Bu tədbirin təşkilinə görə Sizə minnətdaram.

Əlbəttə, dünən Sizinlə bu mövzuya toxunduq və bu gün davam etdirəcəyik. Məsələ Cənubi Qafqazda vəziyyətin nizamlanmasına aiddir.

Aydındır və hamıya yaxşı məlumdur ki, Rusiya, o cümlədən Ukrayna istiqamətində böhranlarla üzləşir, amma Rusiyanın Cənubi Qafqazda vəziyyətdə tarixi iştirakı son bir neçə ildə bizə bu hadisələrə cəlb olunmağın vacibliyini diktə edir, əlbəttə, tərəflərin lazım bildiyi hissədə.

Əgər biz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə biləriksə, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib çıxararıqsa, Sizinlə dəfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və ya iqtisadiyyatın qarşısında maneələri aradan qaldırarıqsa, buna çox şad olardıq.

Əlbəttə, Azərbaycana səfərdən sonra baş nazir Paşinyanla əlaqə saxlayacağam və ona danışıqlarımızın nəticələrindən bəhs edəcəyəm.

Bilirəm ki, Azərbaycan tam nizamlanma ilə bağlı bütün prosedurların başa çatmasına istiqamətlənib, bu, mənə yaxşı məlumdur. Bu barədə danışacağıq.

Yekunda dəvətə görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Əminəm ki, bu, çox faydalı diskussiya olacaq və görürəm ki, şəhərdə vəziyyət də çox əlverişlidir. Biz Bakını sevirik. Şəhər gözəldir və ən başlıcası, bir çox başqa böyük yaşayış məntəqələrinin qibtə edəcəyi səviyyədə inkişaf edir.

Prezident İlham Əliyev: Çox sağ olun.

15.15

Avqustun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü keçirilir.

Valyuta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

15.05

Prezident İlham Əliyevin Azərbaycanda dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə məhdud tərkibdə görüşü keçirilib.

Valyuta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

13.15

Avqustun 19-da Azərbaycanda dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi olub.

Valyuta.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib. Prezident İlham Əliyev Rusiya Prezidentini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verib.

Rusiya və Azərbaycanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Rusiya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vladimir Putinə, Rusiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Sonra prezidentlər rəsmi foto çəkdiriblər.

İlham Əliyevin Vladimir Putinlə məhdud tərkibdə görüşü başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin