Rəsmi
17.07.2024 / 16:04
Prezident Səbuhi Mehdizadəyə yüksək VƏZİFƏ VERDİ - FOTO
51933
Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyevə müavin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Valyuta.az xəbər verir ki, bu vəzifə indiyə qədər xüsusi nümayəndəlikdə baş məsləhətçi vəzifəsində çalışan Səbuhi Mehdizadəyə həvalə olunub.
O, bu qurumdan əvvəl kənd təsərrüfatı nazirinin müşaviri, "Təmiz şəhər” ASC-nin İdarə Heyəti (İH) sədrinin müavini, İqtisadiyyat Nazirliyinə məxsus "İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktoru, "Azərbaycan Stolüstü Tennis Federasiyası” İctimai Birliyinin (İB) Baş katibi, "Azərbaycan Ağır Atletika Federasiyası” İB-nin İH sədrinin müavini işləyib, hazırda "Azərbaycan Stolüstü Tennis Federasiyası” İB-nin vitse-prezidentidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay