Rəsmi
07.06.2024 / 10:18
Nazir bu şəxslərə yüksək vəzifə verdi
49651
Ədliyyə Nazirliyinin Probasiya xidmətinə rəis təyin edilib.
Valyuta.az-ın məlumatına görə, ədliyyə nazirinin müvafiq əmri ilə bu vəzifəyə Vüqar Ağayev gətirilib.
Qeyd edək ki, V. Ağayev 1980-ci ildə anadan olub. O bu vəzifəyə təyin edilənədək Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində çalışıb.
Daha bir təyinatda isə, Ədliyyə nazirinin müvafiq əmri ilə Elşad Məmmədli Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, E. Məmmədli 1986-cı ildə anadan olub. O bu vəzifəyə təyin olunanadək Almaniyanın nüfuzlu “Lupp+Partner Partnerschaft mbB” hüquq şirkətində hüquq məsləhətçisi vəzifəsində çalışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay