Rəsmi
04.06.2024 / 12:09
Hesablama Palatasının xərcləri gəlirlərini üstələyib
49423
Hesablama Palatası 2023-cü ili 47 min manat zərərlə başa vurub. Halbuki, Palata 2022-ci ildən 104 min manat mənfəətlə çıxmışdı.
Valyuta.az xəbər verir ki, ötən il Hesablama Palatasının gəlirləri 8,759 milyon manat (əvvəlki ilə nisbətən 7,1 % çox), xərcləri isə 8,807 milyon manat (9,1 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə Hesablama Palatasının aktivləri 5,774 milyon manat olub ki, bu da illik müqayisədə 2,2 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 3,8 dəfə azalaraq 29 min manata, balans kapitalı isə 0,8 % azalaraq 5,744 milyon manata düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay