Rəsmi
12.02.2024 / 16:26
“Azərsığorta”nın ləğvi üçün komissiya yaradılıb
42155
Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin (“|Azərsığorta”) ləğvi üçün ləğvetmə komissiyası yaradılıb.
Valyuta.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bu barədə müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyinə ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə 5 gün müddətində Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmaq tapşırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay