Rəsmi
27.12.2023 / 11:50
Prezident İcbari tibbi sığorta fondunun gələnilki büdcəsini təsdiq edib
39462
Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsini təsdiq edib.
Valyuta.az xəbər verir ki, gələn il üçün Fondun gəlirləri və xərcləri 2 811 428 292 manat məbləğində təsdiq olunub.
2024-cü ildə Fondun gəlirlərinin 1 375 987 690 manatı dövlət büdcəsindən ayırmalar, 815 053 804 manatı İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları hesabına formalaşacaq.
Fondun xərclərinin isə 2 503 074 032 manatını icbari tibbi sığorta ödənişləri və dotasiya təşkil edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay